SOCAR-ın İstanbul ofisinə hücumun arxasında gizlənənən maraqlar | ŞƏRH

   SOCAR-ın İstanbul ofisinə hücumun arxasında gizlənənən maraqlar    | ŞƏRH
  07 İyun 2024    Oxunub:2434
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

SOCAR-ın İstanbuldakı ofisinə hücum kimin işi ola bilər? Türkiyədə o mövzuda aktiv fəaliyyət göstərmiş qüvvə yalnız İrana bağlıdır. Hətta Türkiyədəki şiələrin lideri Səlahəddin Özgündüzə də tabe olmurlar. İranın verdiyi sifarişin dinə uyğun olub-olmaması da onları maraqlandırmır.
Türkiyədə İrana məxsus qüvvələr müəyyən qədər səssiz idilər, bu tip aktivliklərini dayandırmışdılar. SOCAR Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkətindən 3 ada ətrafında 2 yataqdan 3% pay aldıqdan sonra Türkiyədəki ofisinə hücum baş verdi. Bundan qabaq isə Türkiyədəki iki mətbuat platformasında anti-Azərbaycan kontentinin artması müşahidə olundu.

Həmin 3 adanın İrana məxsusluğunu Tehrandan başqa heç kim təsdiqləmir. Ən son mövqe Çinə məxsusdur. İranın əhalisini ac saxlayıb, Ermənistana yardım etməsi, ermənilərin hərbi-siyasi təhlükəsizliyini təmin etmək üçün milyard dollara yaxın vəsait xərcləməsinə baxmayaraq, heç İrəvan da həmin üç adanı İranınkı hesab etmir.

Bakının fəaliyyəti “Düşmənsiz Azərbaycan” milli konsepsiyası üzrə yürüdülür. Bu konsepsiyaya görə qonşuluğumuzda düşmən olmamalıdır. Düşmən yalnız Ermənistandır, o da hər şeyi başa düşüb və Azərbaycanla regional inteqrasiya çərçivəsində əməkdaşlığa meyillənir. İranın da dost olması üçün nə lazımdırsa, ediləcək. Azərbaycanın qonşuluğunda “İran” adlı düşmən olmayacaq. Bu, birmənalıdır.

İran SOCAR-ı Azərbaycanın ikinci ordusu kimi görür. Ermənilər vaxtilə Prezident İlham Əliyevin Ermənistan ətrafında azərbaycanlıların gücləndirilməsi siyasətini “anakonda ilgəyi” adlandırırdılar. İstər Gürcüstan, istərsə də Anadolu və İrandakı azərbaycanlılar İlham Əliyevin apardığı uğurlu siyasətdən sonra xeyli ruhlandılar. Bunu Gürcüstandakı azərbaycanlıların timsalında xüsusilə aydın görmək mümkündür. İndi isə İranın fikrincə, İlham Əliyev “ikinci ordu” - SOCAR-ın vasitəsilə İranı dövrələyir. BƏƏ-də yataq aldı, İraq ərazisində SOCAR-ın fəaliyyəti üçün prinsipial məsələlər razılaşdırılıb, memorandum imzalanıb. Konkret müqavilələr də hazırlanır. Azərbaycanın İraq türkmənləri ilə SOCAR vasitəsilə işləyəcək. İran indi də SOCAR-ı prezident İlham Əliyevin “anakonda ilgəyi” kimi görür. Amma bu əndişəsi yersizdir. Ən yaxşı İranın Azərbaycanın dostuna çevrilməsidir.


Teqlər: İran  





Xəbər lenti